“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək
Lavrov: Rusiya və İran prezidentləri şimal-cənub dəhlizinin tikintisini ətraflı izləyirlər
Putin: Kiyev dialoqdan imtina edərsə, Rusiya məqsədlərinə hərbi yolla çatacaq
Putin: Rusiya Tramp administrasiyası ilə dialoqda müşahidə olunan irəliləyişi alqışlayır
Azad edilmiş ərazilərdə verilən güzəştli kreditlərin həcmi açıqlanıb
30 May 2023 10:36
2 191.jpg)
Prezident İlham Əliyev Laçında erməni separatçılarına və Rusiyay separatizmin və "Miatsum" bədnam ideologiyanın kitabı bağlandığını açıq şəkildə bəyan etdi. Bununla da prezident Xankəndində istənilən vaxt nəzarəti bərpa edəcəyini açıq elan etdi.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib:
"Qeyd edim ki, cənab İ. Əliyev siyasət xətrinə beyanatlar vermir, xüsusilə Qarabağla bağlı mesajları reallığa söykənir. Prezidentin bu çıxışından belə qənaətə gələrək, bununla da Xankəndində oturan separatçılara vaxt verilib. Ermənilər prezidentin bu mesajından nəticə çıxarmalı, Xankəndini və ətrafında olan qanunsuz silahli birləşmələrlə birgə tərk etməlidir.
Azərbaycanın bu ilin axırına kimi Xankəndində oturan separatçıları neytrallaşdırması mümkündür. Rusiya da bu mesajdan nəticə çıxarmalı və separatizmi dəstəkləməməlidir. Ermənistana gəldikdə isə, N. Paşinyan Qarabağ Azərbaycanın ərazisi deməklə, reallıqları qəbul edib".
Cavid
11:32
938
11:24
903
16 Dekabr 17:20
1 365