“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55
15 Dekabr 21:55
15 Dekabr 21:39
15 Dekabr 16:39
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub - YENİLƏNİB
Yol polisi dağlıq yollarda hərəkət edən sürücülərə xəbərdarlıq edib
"Prezidentin Milli Məclisə göndərdiyi amnistiya aktını alqışlayırıq"- Qüdrət Həsənquliyev
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verilib
6 İyun 2023 15:06
2 212
Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağ erməniləri arasında xəstələrin Laçın sərhəd keçid məntəqəsindən növbəti keçidi baş tutub.
Trend xəbər verir ki, səhhətində müəyyən problemlər yaranan Qarabağın erməni sakinləri təcili yardım maşını ilə adı çəkilən istiqamətdə nəzarət-buraxılış məntəqəmizdən maneəsiz, çox rahat şəkildə keçməklə Ermənistana yol alıblar.
Qeyd edək ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.
Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
09:32
252
15 Dekabr 21:36
1 197
15 Dekabr 18:16
1 120