“Qara bazar ölkədə ayaq açıb” Siyasət

“Qara bazar ölkədə ayaq açıb”

“Azərbaycanda bir çiox banklar bağlandı. Əməkdaşlar işsiz qaldılar. Ona görə də, indi qara bazar ölkədə ayaq açıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib. O, bildirib ki, metrostansiyaların qarşısına baxmaq kifayətdir: “Elə bil ki, 92-ci ilin əvvəlinə qayıtmışıq. Dünyanın hər yerində puldəyişmə məntəqələri var. Bu məntəqələr Azərbaycanda da olmalıdır. Bank 100 min manatdan artıq pulu sığortalamır. Bank yalnız özünü düşünür. Belə olan halda banka necə etimad göstərilə bilər? Hesab edirəm ki, bu məsələlrlə bank sektoru ciddi məşğul olmalıdır”.