“Ermənilər DNT analizini təhlükəli hesab edirlər” Siyasət

“Ermənilər DNT analizini təhlükəli hesab edirlər”

Mübariz Əhmədoğlu: "DNT analizləri məzarlıqlardakı cəsədlərin şəxsiyyətini, o cümlədən milliyyətini müəyyənləşdirəcək"

Prezidentlərin Vyana görüşündən sonra həmsədrlərin yaydığı bəyanatda əksini tapan məsələlərdən biri Dağlıq Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirilməsi mövzusudur.
Bu barədə politoloq Mübariz Əhmədoğlu bilidirib. Onun sölərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi məsələsi 2014-cü ilin noyabrında prezidentlərin Paris görüşü zamanı razılaşdırılmışdı. Parisdən qayıdan kimi Serj Sərkisyan Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi mövzusunu inkar etdi. İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan ordusu ən böyük hərbi təlimini keçirdi".
Politoloq bildirib ki, itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi 1994-cü ilə qədər Dağlıq Qarabağ müharibəsi regionunda yaranmış məzarlıqların müəyyənləşməsi, cəsədlərin ekshumasiya olunması və DNT analizlərinin aparılması deməkdir. DNT analizləri məzarlıqlardakı cəsədlərin şəxsiyyətini, o cümlədən milliyyətini müəyyənləşdirəcək. Ermənilər DNT analizinin nəticələrini özləri üçün təhlükəli hesab edirlər.
"Eləcə də məzarlıqların yerlərinin tapılması üçün Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdəki yaşayış məskənlərinə yerli Azərbaycan əhalisinin təmsilçiləri müvəqqəti də olsa qayıtmalıdır. Bir qrup azərbaycanlı isə həmin ərazilərdə mütəxəssis qismində iştirak etməlidir. Bu da erməniləri hədsiz qorxudur. Ona görə əsas diqqət həm də itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə yönəldilməlidir. Qarşıdakı bir ay ərzində bu məsələ də öz həllini tapmalıdır"- 0 deyib.