Bu il motosiklet və mopedlərin iştirakı ilə qəzalarda 3 nəfər ölüb
Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib
Azərbaycan və Litva Baş nazirləri əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
"Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində birgə addımların atılması dövrü başlayır”
16 İyun 2023 11:33
2 499
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tezliklə Vaşinqtonda görüşəcəklər.
Trend-in məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan XİN görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsinin mövcud olduğunu bildirib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - deyə əlavə edilib.
Xatırladaq ki, bundan öncə Ermənistan XİN Vaşiqntonda nəzərdə tutulan görüşün Azərbaycan XİN-in xahişi ilə təxirə salındığı haqda məlumat yaymışdı.
13:48
133
13:16
525
13:09
511