
                    
                    Piter Teys: "Almaniya Şərqi Avropa dövlətlərindən, Rusiya, Azərbaycan və digərlərindən təbii qaz və neft idxal etməkdədir"
"Yüksək səviyyədə reklamı aparılan "erməni soyqırımının" Almaniya Bundestaqı tərəfindən tanınması dünya tarixinin  ironiyasıdır. Almaniya parlamentinin bir palatası  yüzillik boyu yayılmış erməni manipulyasiyasına görə  zərərli risk edib". 
Bu fikri Azadinform-a amerikalı siyasi ekspert Piter Teys Almaniya Bundestaqının uydurma soyqırımı tanımasına münasibətində deyib. 
O qeyd edib ki, Almaniya Avropanın aparıcı iqtisadiyyatıdır. Berlin möhkəm geoiqtisadi inkişafa qoşulsa da, bu Almaniyanın enerji baxımından müstəqil olmasına  imkan verməyib: "Almaniya Şərqi Avropa dövlətlərindən, Rusiya Federasiyası, Azərbaycan və digərlərindən təbii qaz və neft idxal etməkdədir". 
Ekspert deyib ki, bu aydındır ki, yerli erməni ictimai təşkilatları alman qanunvericilərini rəsmi şəkildə "erməni soyqırımını" tanımağa inandırmaq və onların  XX əsrdə  Avropada baş vermiş  mühüm tarixi hadisələrlə bağlı erməni manipulyasiyası kampaniyasının tərkib hisssəsi olması üçün  yorulmadan işləyiblər: "Avropanın ən çox təsiredici qanunverici institutlarından birinin dünya tarixini manipulyasiya etməyə fokuslaşan erməni kampaniyasında iştirak etdiyini və tarixi faktları təhrif etdiyini  görmək qəbuledilməzdir". 
Piter Teys əlavə edib ki, bu cür siyasi fəaliyyətlə Almaniya Paraqvay Milli Senatına qoşulmuş olur: "Paraqvay Senatının üzvlərinin çoxu uydurma soyqırımın 100 illiyi ərəfəsində lazımi məlumat toplamadan soyqırımın tanınması ilə bağlı qətnamə qəbul etdi. Paraqvay senatorları belə zərərli qətnaməni 2015-ci il oktyabrın 29-da qəbul etdi. Türkiyənin Almaniyanın vacib ticarət partnyoru olması faktına və Mərkəzi Avropa boyunca böyük türk diasporasının mövcud olmasına baxmayaraq,  Almaniya Paraqvayın da  iştirak etdiyi kluba əlavə edildi".