Qəzzada hərbi insident: İsrail PUA-sı öz mövqeləri yaxınlığında partladı
Ərdoğan: Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün Rusiya və Ukrayna ilə işləyir
Rütte: "Avropanın hərbi gücü ABŞ olmadan əməliyyatlar keçirməyə çatmir"
“Dağ-mədən və metallurgiya sənayesindən Azərbaycan iqtisadiyyatına xeyli dividendlər gələcək”
Elnur Bağırov: İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir
12 Sentyabr 2023 14:17
2 884
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İsveçrədə BQXK prezidenti Miryana Spolyariç Eqqer ilə görüşü zamanı Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulayıb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir bildirib ki, əldə olunan razılıqlara baxmayaraq, Ermənistan və onun yaratdığı qondarma rejim bu razılıqları kobud şəkildə pozur.
Hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğu vurğulanıb.
Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğu, Ermənistanın separatçılığı qızışdırmaq cəhdlərinin tərkib hissəsi olduğu qeyd edilib.
13:38
343
13:05
1 393
12:55
581