“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55
15 Dekabr 21:55
15 Dekabr 21:39
15 Dekabr 16:39
19 Sentyabr 2023 19:39
1 785
Lokal antiterror tədbirlərinə cəlb olunan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov brifinqdə deyib.
"Onlar bütün növ təminatla təmin ediliblər", - deyə A.Eyvazov bildirib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
09:32
1 085
15 Dekabr 21:36
1 442
15 Dekabr 18:16
1 134