Gürcü nazirdən Avropa İttifaqına xatırlatma Siyasət

Gürcü nazirdən Avropa İttifaqına xatırlatma

"Biz enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı üçün çox böyük rol oynayırıq"

"Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra əlverişli nəqliyyat dəhlizimiz olacaq və bu daha da inkişaf edəcək".
Bunu Gürcüstan xarici işlər naziri Mixail Canelidze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
"Biz eyni zamanda enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı üçün çox böyük rol oynayırıq. Bu sahədə də əməkdaşlığımızı davam etdirəcəyik. Biz çalışacağıq ki, Avropa üçün enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş ölkə olaraq qalaq", - deyə o vurğulayıb.
Eyni zamanda Azərbaycanla mədəniyyətlərimizin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığımızın daha da gücləndirilməsi barədə danışdıq.
Canelidze Gürcüstan və Azərbaycanın müvafiq nazirlikləri arasında əməkdaşlığın davam etdirildiyini və bu əlaqələrin hər iki ölkənin maraqlarına xidmət etdiyini, nazirliklər arasında ikitərəfli tərəfdaşlıq məsələlərində beynəlxalq təşkilatlarla birgə çalışdıqlarını vurğulayıb.
Nazir görüşdə azərbaycanlı həmkarı ilə iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığının davam etdirilməsinə dair müzakirələr apardığını da bildirib. O, ölkəsində turizmin getdikcə inkişaf etdiyini və Azərbaycandan Gürcüstana daha çox turist gəldiyini bildirib. Nazir həmçinin Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu və 2016-cı ildə Gürcüstana yatırılan investisiyanın 136% artdığını qeyd edib.
Mixail Canelidze dost və qardaş ölkə olan Azərbaycanın, eləcə də Gürcüstanın işğal olunan ərazilərinin sülh yolu ilə qaytaracağına inandığını bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstanın üzləşdiyi münaqişələr çözülməsi vacib olan problemlərdir