

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
“Kapıtoli qiyamından sonra demokratiya etalonu olan ölkənin sabiq prezidentinin bütün sosial şəbəkə hesabları donduruldu, indi isə Kolarodo Ali Məhkəməsi hüququ deyil, siyasəti əsas götürərək ştat ərazisində Donald Trampın seçkilərdə iştirakını qadağan edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib: “Təsəvvürünüzə gətirin ki, Respublikaçılar partiyasının əsas namizədinə qarşı qanunsuz tədbirlər bizim ölkəmizdə müxalif təmsilçilərə qarşı törədilsəydi, əksər Avropa mediası və parlamentariləri ölkəmizin mühakiməsinə necə qalxardılar. Lakin Tramp Azərbaycan müxalifətinin lideri olmadığı üçün onun hüquqlarının qorunmasına Human Rights Watch və digər təşkilatlar qoşulmur”.