“Cəbhədə Ermənistana ciddi şəkildə cavab veriləcək” Siyasət

“Cəbhədə Ermənistana ciddi şəkildə cavab veriləcək”

Məhəmməd Əsədullazadə: "İlin sonuna kimi proses belə davam edərsə, mümkün toqquşmalar qaçılmazdır"

"Qarabağ münaqişəsinin həllində Rusiyanın fəalllığı və yeni planlar irəli sürməsinin ardınca Ermənistana yeni silahlar verməsi danışıqlara ciddi zərbə vurmuş oldu. Deyərdim ki, bununla Rusiyanın "sülh" missiyası fiaskoya uğramış oldu. Ermənistanın paytaxt Yerevanda hərbi parada hazırlıq zamanı nümayiş etdirdiyi hərbi texnika Rusiyanın aprel müharibəsindən sonra Ermənistana verdiyi yeni silahlardı. Bura "İskənder M" raketləri və muxtəlif növ "Buk" raket sistemləri, havadan müdafiə və yeni radiokalasiya vasitələri, tırtıllı zirehli texnikalar daxil idi. "Smerç" və digər yaylım atəş raketlərinin də ötürülməsinin gerçəkləşəcəyi anons edilir". Bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirib. O deyib ki, Rusiya hərbi balansı saxlamaq adı ilə Ermənistanla danışıqlar prosesini davam etdirmək məqamında bu kimk silahları düşmən tərəfə ötürməsi, nümayişkaranə şəkildə Azərbaycana mesajdır: "Çünki, hazırda Ermənistan rəhbərliyi ciddi şəkildə danışıqlardan yayınır. Yay aylarında danışıqlar prosesi intensiv xarakter daşıdığı dönəmdə vurğulamışdım ki, Rusiya bu danışıqları uzadacaq və yeni silah partiyalarını Ermənistana verəcək. Ermənistan da bundan istufadə edərək, danışıqlardan yayınacaq. Görünən odur ki, danışıqlar iki aydı üst rəhbər heyəti tərəfindən aparılmır və demək olar ki, danışıqlar qırılma xəttindədir. Bu həssas situasiyada Ermənistan hərbi paradda yeni silahlar nümayiş etdirirsə güzəştin olmayacağını bildirir. Ermənistanın belə raketlərə arxayın olması isə özünü məğlubiyyətə düçar etməsi deməkdir. Bu raket sistemlərinin qalxdığı an Azərbaycanın raketden müdafiə sistemləri onları dərhal məhv etməyə qadirdir. Ermənistan bu, silahlarla heç bir vaxt müəyyən güclə Azərbaycana təsir edə bilməz. İsraildən alınan dəmir qalxanlar Ermənistanın mümkün raket həmlələrini dəf etməyə qadirdir. Ermənistanın raket silahlarını Qarabağda yerləşdirməsini də istisna etmirəm. Raketləri işğal olunmuş ərazilərdə yerləşdirməklə, Azərbaycana psixoloji təsir etmək üçün müəyyən provokativ addımlar ata bilər. Azərbaycan Müdafiə Nazirliyi bunu diqqətlə nəzarətdə saxlamalıdır. Azərbaycan Rusiyaya Ermənistana verdiyi 200 milyonluq silahların işğal olunmuş ərazilərdə yerləşdirilməsi barədə Moskvaya öz etirazını bildirib. Təbii ki, bu silahlar ölkəmizə qarşıdır. Amma, qeyd etdiyim kimi həmin raketləri anında məhv edəcək silahlara da sahibik. Rusiya Ermənistanı silahlandırmaqla regionu öz nəzarətində saxlamaq siyasətini aparır".
Onun fikrincə, Ermənistanda hazırda daxili siyasi vəziyyət gərgin olaraq qalmaqdadır: "Hökumət tam tərkibdə dəyişib. Qarabağ klanına üstünlük verməklə Sərkisyan yeni hökumət formalaşdırır. Aprel döyüşləri Ermənistan siyasi hakimiyyətini demək olar ki, çalxalayıb. Bu daxili siyasi vəziyyətdən istifadə edən Ermənistan rəhbərliyi danışıqlar prosesini yubatmaqdadır. Biz Prezidentlərin növbəti görüşlərini gözləyirdik. Amma, gözlənilən görüşləri Sərkisyan sabotaj etməkdədir. Bişkekdə MDB dövlət başçılarının sammitində Ermənistan prezidentinin atəşkəslə bağlı Azərbaycanı ittiham etməsi absurddur. Ermənistan bunu qabartmaqla növbəti danışıqlardan yayınır. Ermənistan qoşunları Azərbaycan torpaqlarında qalmaqla atəşkəsin qorunub saxlanılması mümkün deyil. Atəşkəsə əməl etmək, Azərbaycanın Ermənistana verdiyi güzəştdir. Sərkisyanın bu mövqeyi onu göstərir ki, prezidentlərin görüşündə əldə edilən nəticələr, danışıqları irəli aparmaq artıq nəticəsizdir. İki aydır susqunluqdu. Və bu aylarda Minsk qrupunun məsləhətləşmələri faydasız olubdur. Hesab edirem, Azərbaycan referendumdan sonra yenidən diplomatik aktivliyə keçəcək, bu aktivlik cəbhə bölgəsində də özünü biruzə verəcək. Ermınustan da mövqelərini möhkəmləndirir. Bişkeşdə Sərkisyanın mövqeyi, Prezident İlham Əliyevlə söz dueli göstərir ki, Ermənistan güzəştli şərtlərə razı deyil. Danışıqlarda ciddi şəkildə yanaşma yoxdur. Ermənistan mümkün güzəştlərdən uzaqdır. Sarkisyanın həmçinin belə bir mövqeyi özünü daxildə suğortalamağa yönəlib. O, çox yaxşı başa düşür ki, aparılan müzakirələr ərazilərin boşaldılması ilə başlanmalıdır. Sarkisyan Qarabağ ermənilərini yüksək posta gətirməklə artıq, təkcə özünün söz sahibi olmadığı görüntüsünü verməkdədir. Çünki, Qarabağ erməniləri hər bir güzəştin əleyhinədirlər".
O əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvada keçən həftə məsləhətləşmələr apardı: "Müəyyən detallar Moskva ilə müzakirə olundu. Ondan sonra amerkalı həmsədr Ceyms Urolik Putinin eyni mövqeyi ilə Minsk qrupunun mövqeyin açıq şəkildə qeyd etdi. Bildirdi ki, bu, münaqişədə qalib olmasın. Açıq şəkildə işğalçı və işğala məruz qalan tərəfi qeyd etmədi. Belə bir açıqlama artıq, Minsk qrupunun erminpərəst mövqeyini açıq aydın göstərir. Bu qrumdan qəti şəkildə müsbət nəticə gözləməyə dəyməz. Bunlar çalışır ki, ərazilərin boşaldılması əvəzinə Qarabağa müstəqillik verilsin. Azərbaycandan bunu istəyirlər. Həmçinin aprel müharibəsindən sonra Rusiyanın baş naziri Dmitiri Medvedevin Bakıda mətbuata açıqlamasında "Bu münaqişə dondurulsa yaxşıdır" ehyamını vurğulaması, Rusiyanın siyasətini açıq göstərdi. Rusiya münaqişənin tezliklə həll variantını istisna edir. Təssüf ki, apreldən bu yana edilən bütün təşəbbüslər heç bir nəticə verməyib. Minsk qrupu artıq, öz missiyasını başa vurub. Bunun bütün təklifləri ortadadır. Azərbaycan bunlara imkan verməməlidir ki, Qarabağa gedib, separatçılarla danışıqlar aparsınlar".
Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi Rusiya və ATƏT-in Minsk qrupunun münaqişənin həllində qeyri-konstruktivliyini əsas götürərək, əsasən ermənipərəst siyasətinə arxayinlaşaraq, Azərbaycan əleyhinə açıqlamalar verməkdədir: "Ermənistan prezidenti Azərbaycanın güclü hərbi imkanlarından çox narahatdı və istənilən şəkildə Azərbaycan ordusu danışıqları 180 dərəcə dəyişməklə, Ermənistanı pat vəziyyətə salmağından xəbərdardı. Danışıqlar mürəkkəb olaraq qalmaqdadır. Bişkekdə heç bir görüşün keçirilməməsi isə tərəflərin artıq, nə qədər bir-birindən uzaq olduğunu göstərdi. Rusiya da yeni görüşün baş tutmasına cəhd etmədi. İlin sonuna kimi proses belə davam edərsə, mümkün toqquşmalar qaçılmazdı. Cəbhədə Ermənistana ciddi şəkildə cavab veriləcək. Danışıqlar düşmənə əlavə şans verir ki, öz mpvqeyin gücləndirsin. Yeni müharibə isə Rusiyanın Cənubi Qafqazdan çıxması ilə nəticələnəcək . Azərbaycan da öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun alternativ yolu yoxdur. 20-ildən artıqdır ki, nəticə verməyən danışıqlar iki-üç aya nəticə verməz".