Zakir Həsənov həmkarları ilə görüşüb Siyasət

Zakir Həsənov həmkarları ilə görüşüb

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Zakir Həsənovun Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü olub.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə nazri Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Serbiya Respublikasının Müdafiə naziri Zoran Corceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi təhsil, hərbi səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də hərbi-texniki istiqamətində birgə layihələrin potensialı müzakirə olunub.