“Referendum yüksək fəallıq şəraitində keçdi” Siyasət

“Referendum yüksək fəallıq şəraitində keçdi”

Aydın Mirzəzadə: "91% seçicinin dəyişiklərin leyhinə səs verməsi insanların bu qanun layihəsinə dəstəyinin bariz nümunəsidir"

"Referendum yüksək fəallıq şəraitində keçdi. 66% - ə qədər seçicilərin gəlməsi, 91% seçicinin dəyişiklərin leyhinə səs verməsi insanların bu qanun layihəsinə dəstəyinin bariz nümunəsidir. Referendumdan öncəki təbliğat kampaniyasında hər şey tam qanuni keçirildi". Bu fikirləri millət vəkili Aydın Mirzəzadə bildirib: "Referendumun tərəfdarları və əleyhdarları fikirlərini açıq formada insanlara çatdıra bildi. Bu bir daha onu göstərdi ki, Azərbaycanda demokratik cəmiyyət formalaşıb. Hesab edirəm ki, konstitusiyamıza edilən dəyişiliklər bundan sonra problemlərimizi daha asan, çevik formada həll etməyimizə səbəb olacaq".