Oljas Süleymenovdan Qarabağ açıqlaması Siyasət

Oljas Süleymenovdan Qarabağ açıqlaması

"Qazaxıstan həmişə qardaş Azərbaycanın tərəfindədir". Bunu "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti ilə görüşdə tanınmış qazaxıstanlı yazıçı və ictimai xadim Oljas Süleymenov deyib.
O, hər il Azərbaycanda olduğunu, digər ölkələrlə müqayisədə məhz Azərbaycana daha çox gəlib-getdiyini qeyd edib. O.Süleymenov Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini xatırladıb və Azərbaycanın dünyadakı böhrana baxmayaq, belə tədbirlər keçirməsinin ölkənin dayanıqlı inkişafının təzahürü olduğunu bildirib.
"Biz beynəlxalq ictimaiyyətin hərəkətsizliyi səbəbindən meydana gələn müharibələrin qarşısını almalıyıq. 25 ilə yaxındır Azərbaycanın bu itkisi - Qarabağ və 7 ətraf rayonun itkisi davam edir. Heç bir dövlət Qarabağı müstəqil ölkə kimi tanımayıb. BMT məhz bu cür ərazi işğallarının qarşısının alınması üçün yaradılıb. Çox şey eşidirik, amma heç nə edilmir. Bu, beynəlxalq təşkilatların zəifliyini göstərir", - deyə tanınmış qazaxıstanlı yazıçı və ictimai xadim vurğulayıb.