“Fransa regionu qarışdırmaq istiqamətində səy göstərir” Siyasət

“Fransa regionu qarışdırmaq istiqamətində səy göstərir”

“Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən sonra ən ciddi hadisə Münxen Təhlükəsizlik Konfransı və orada keçirdiyi görüşlər oldu. Prezident orada yüksək hörmətlə qarşılandı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O, bildirib ki, Fransa görüşdə iştirak etmək üçün israr etsə də Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində prosesdən kənarda qaldı. Kənarda qalan Fransa yenə də qərəzli mövqe tutmağa və regionu qarışdırmaq istiqamətində səy göstərir. Fransa prezidenti Makronun Paşinyanı qəbul etdiyi zaman Azərbaycanın əleyhinə bir sıra fikirlər səsləndirməsi buna sübutdur”.