“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər” Siyasət

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər". TASS-ın verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Türkiyə Dağlıq Qarabağı təcridolunmadan azad edərək, regionda normal iqtisadi münasibətləri təmin edərək bunu edə bilər: "Bu bizim üçün çox vacib faktordur. Ermənistan və Türkiyə Dağlıq Qarabağ münaqişəsi nəzərə alınmadan əldə etdikləri razılaşmanın icrasına başlasa, çox sevinərik. Lakin biz belə hiss edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli açar rolunu oynayır".