“Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında olan xalqlara platforma tanıyır”-politoloq Siyasət

“Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında olan xalqlara platforma tanıyır”-politoloq

“Bakı Təşəbbüs Qrupu rəsmi Bakının Parisə verdiyi ən böyük cavabdır. Müqayisə üçün deyim ki, Fransa illərlə “arsax”a-separatçılara dəstəyini ifadə edib. Bu açıq-aşkar separatizmin dəstəklənməsidir. Amma Azərbaycan Fransadan fərqli olaraq separatizmi dəsətkləmir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, biz, beynəlxalq hüquqa uyğun olaraq xalqların öz müqaddəratını təyin edilməsinə hörmətlə yanaşırıq: “Bakı Təşəbbüs Qrupu bu məqsədlə Fransa müstəmləkəsi altında olan və səslərini duyura bilməyən xalqlara platforma tanıyır.
Fransa dünyanın nadir ölkələrindədir ki, hələ də müstəmləkələri var. Bu xalqlar isə bu gün öz müqəddəratlarını həll etmək istəyir. Xüsisilə Yeni Kaledonya və Korsikada bu gün də etiraz səsləri yüksəlir.
Fevralın 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans Fransa müstəmləkəsinə vurulan növbəti zərbədir. Paris düşünr ki, istədiyini edə başqa ölkələrin daxili işlrinə burnunu soxa bilər. Amma unutduğu bir şey var ki, bu gün bu ölkənin özü çətin durumdadır. Təcrübə göstərir ki heç bir müstəmləkəçilik azadlıq arzulayan xalqın arzu-istəyini səngidə bilməz. Paris də bunu gec tez qəbul edəcək”.

Əli