“Azərbaycan dinamik inkişaf edən strateji tərəfdaşımızdır” Siyasət

“Azərbaycan dinamik inkişaf edən strateji tərəfdaşımızdır”

"Qardaş Azərbaycanla ikitərəfli münasibətlərimiz strateji xarakter daşıyır. Bu münasibətlər genişlənməkdədir".
Bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın çox vacib strateji tərəfdaşıdır: "Bütün istiqamətlərdə çox dinamik inkişaf edən münasibətlərimiz var".
Baş nazir qlobal layihələrin inkişafı barədə fikirlərini də açıqlayıb: "Bura tranzit, loqistika sahəsinə aid layihələr daxildir. Biz təhlükəsizlik və digər sahələrdə də çox yaxşı əməkdaşlıq edirik. Bizim üçün Yeni İpək Yolunun dirçəldilməsi çox vacibdir və bu, nəinki Azərbaycan və Gürcüstan, eləcə də bütün region üçün böyük əhəmiyyət kəsb edir. Biz öz infrastrukturumuzu hərtərəfli şəkildə modernləşdiririk ki, çox vacib imkanlardan səmərəli istifadə edək".