“Tokayevin İrəvana gəlişində əsas hədəf “sülhün kəsişməsi” layihəsidir” Siyasət

“Tokayevin İrəvana gəlişində əsas hədəf “sülhün kəsişməsi” layihəsidir”

“Tokayevin İrəvana gəlişində əsas hədəf Qərbin Orta dəhliz üzərində dəstəklədiyi Ermənistana məxsus “sülhün kəsişməsi” layihəsidir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib: “İrəvanda verilən açıqlamalar Qazaxıstanın bu layihəyə maraq göstərdiyi, lakin prosesin hələ “tanışlıq mərhələsində” olduğu yönündə olsa da, Tokayev Bakıya gəlişindən dərhal sonra Astana İrəvanın layihəsinə siyasi dəstəyini elan etmişdi. Qazaxıstan prezidenti Bakını tərk edəndən (11-12 mart) sonra xarici işlər naziri Murat Nurtleu Ermənistana (18 mart) getdi və İrəvanda bəyan etdi ki, “sülhün kəsişməsi” layihəsi ölkələrimiz üçün son dərəcə vacibdir”. Tokayev də Ermənistana gəlməmişdən bir gün öncə erməni mediasına müsahibəsində “sülhün kəsişməsi” layihəsinə dəstək ifadə etdi, İrəvanda da bu layihəni alqışladıqlarını bildirdi. Ermənistanın irəli sürdüyü “sülhün kəsişməsi” layihəsi Azərbaycanın maraqlarına ziddir”.