

31 İyul 17:49
31 İyul 17:07
31 İyul 16:37
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Mümkündür ki, nazirlərin Almatı görüşündə əsas müzakirə mövzusu sülh sazişinin mətni üzərində olacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O, bildirib ki, indiyə qədər mətnlə bağlı Bakı-İrəvan xəttində məktublaşma baş verib, nazirlər də son düzəliş və əlavələrin edildiyi variantı üzərində dayanacaqlar: “Mirzoyanın açıqlaması isə İrəvanın görüşdə sənəd imzalanmasını istədiyini deməyə əsas verir.
- Bakı üçün İrəvanın əsas öhdəliyi Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizinin açılmasıdır: bununla bağlı yeganə rəsmi sənəd 10 noyabr razılaşmasıdır, prezident İlham Əliyev də sonuncu çıxışında bunu vurğuladı, lakin Paşinyan “razılaşmanın artıq qüvvədə” olmadığını deyərək, növbəti dəfə imtina etdi;
- İrəvan üçün Bakının “öhdəliyi” sərhədlə bağlı Alma-Ata bəyannaməsinə istinad edilən 19 aprel razılaşmasıdır: erməni nazir də “öhdəliklərimiz” dedikdə əslində Azərbaycanın “öhdəliyini” nəzərdə tutur;
Bu o deməkdir ki, İrəvan Almatıda “sərhədin Alma-Ata bəyannaməsi əsasında müəyyən edilməsi” qeydinin daxil edildiyi sənədin imzalanmasına çalışacaq. Hərçənd, bunun mümkünlüyü sual altındadır”.