"Azərbaycan işğaldan azad etdiyi əraziləri böyük əmək və şövqlə bərpa edir" Siyasət

"Azərbaycan işğaldan azad etdiyi əraziləri böyük əmək və şövqlə bərpa edir"

Azərbaycanın öz torpaqlarını azad etdikdən sonra dünya dövlətlərinin diplomatik korpusun ərazilərə səfərlər etməsi Azərbaycanın haqq işinin qəbul edilməsidir. Bu həqiqəti getdikcə daha çox ölkənin qəbul etməsi və öz ölkələrinin səfirlərinin, o cümlədən Fransanın səfirinin işğaldan azad edilmiş Laçına getməsi son nəticə etibarı ilə Azərbaycanın
yaratdığı reallığın qəbulunun bariz nümunəsidir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, "Lachin Climate Action Dialique" Şərqi Zəngəzura daxil olan Laçın və digər rayonların yaşıl enerji potensialının istifadəsinə dair tədbir Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinə çatdırılması baxımından önəm daşıyır. Eyni zamanda diplomatik korpusa Laçının yenidən qurulması və dirçəlməsinə sərf edilən əməyin miqyası göstərilir:

"Azərbaycan dövləti bütün işğaldan azad etdiyi əraziləri böyük əmək və şövqlə bərpa edir. Çətinliklərə baxmayaraq köçkün düşmüş əhalini geri qaytarılması üçün gecə-gündüz çalışırlar. Bütün bu işlərin diplomatik korpusa nümayiş etdirilməsi Azərbaycanın gücünün və əzminin nümayişidir.
COP29 ərəfəsində Azərbaycanın Yaşıl enerji potensialının hələ daha böyük imkanlarının olmasının xəbərçisidir, eyni zamanda, xarici ölkələrin də bu istiqamətdə işbirliyinə dəvət edilməsidir".

Cavid