“Azərbaycan öz milli maraqları əsasında hərtərəfli diplomatik münasibətlərə malikdir”
XİN: İran atəşkəsin pozulmasına cavab vermək üzrə idi, Pakistan araya girdi
Müdafiə naziri: Hizbullah atəşkəs üçün yalvarır, İran atəş açacağı təqdirdə, İsrail cavab verəcək
Rəsmi Tehran: Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır, amma İranın razılığı alınmalıdır
7 İyul 2024 11:27
6 531
Qüdrət Həsənquliyev: “Siyasi partiyalar, media, qeyri-hökumət təşkilatları polisə ciddi ictimai dəstək verməlidirlər”
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalcebhesi.az saytına müsahibəsi
- Qüdrət bəy, daha bir polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Allah rəhmət eləsin. Mərhumun yaxınlarına, DİN əməkdaşlarına dərin hüznlə başsağlığı verirəm. Son vaxtlar siyasi məqsədlərlə polisin gözdən salınması, ictimaiyyət arasında ona qarşı nifrət aşılanması, polisə müqavimət göstərilməsi istiqamətində xaricdən aparılan sistemli iş daha da gücləndirilib. Bu vəziyyət cinayətkarların polisə müqavimət göstrəməsi hallarının artmasına təsir edir. Siyasi partiyalar, media, qeyri-hökumət təşkilatları polisə ciddi ictimai dəstək verməlidirlər. Düşünürəm polis əməkdaşları da öz fəaliyyətlərində bunu nəzərə almalıdırlar. Hava isti olsa da onlar qoruyucu gödəkçələr geyinməli, üzərlərində silah, radioəlaqə, qandal olmalı, tək gəzməməli, kömək gələnə qədər silahlı olan və müqavimət göstərə biləcək şəxsi həbs etməyə cəhd etməməlidirlər. İnsan həyatı hər şeydən dəyərlidir. Vətəndaşlarımız da zəruri müdafiə halları istisna olmaqla cinayət törətmiş silahlı şəxsləri saxlamağa, zərəsizləşdirməyə səy göstərməməli, polis çağırmalıdırlar. Hesab edirəm, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməli, polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir.
17:19
791
17:13
805
16:45
798