22 Sentyabr 2024 13:27
3 780
22 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə APA-ya Xarci İşlər Nazirliyindən xəbər verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun BMT Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
13 Mart 23:03
1 386
13 Mart 20:26
1 792
13 Mart 20:16
1 624