Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
14 Aprel 16:05
2 030
Yaxın Şərqdə baş verən proseslər nəticəsində neft qiymətləri artır, bu isə Azərbaycanın valyuta rezervlərinin çoxalması, tədiyə balansının möhkəmlənməsi deməkdir.
Bu barədə Mərkəzi Bankın direktoru Vüsal Qurbanov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, digər tərəfdən isə, neftin bahalaşması Azərbaycanın tərəfdaş olduğu ölkələrdə inflyasiyasının artımı deməkdir:
“Bu isə bizə inflyasiyasının idxalı deməkdir. Lakin dəqiq artım və ya azalma proqnozu verə bilmirik, çünki bizə tərəfdaş ölkələrin çoxu neft idxal edən ölkələrdir. Bu isə faktiki məzənnələrin ucuzlaşması deməkdir. Bir tərəfdən məzənnə ucuzlaşır, digər tərəfdən isə inflyasiya artır. Buna görə dəqiq proqnoz verə bilmirik. Prosesləri yaxından izləyirik”.