
Bu ilin yanvar-fevral aylarında Azərbaycana İsraildən 8 863 nəfər turist gəlib.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Belə ki, ötən ilin yanvar-fevral aylarında bu göstərici 4 147 nəfər olub.