15 Aprel 23:53
15 Aprel 23:50
24 Sentyabr 2024 09:19
3 899
Özbəkistanın paytaxtı Daşkənddə “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Özbəkistan-Azərbaycan Media Forumu keçirilir.
APA xəbər verir ki, forumda Özbəkistan rəsmiləri, iki ölkənin media rəhbərləri iştirak edir.
Media Forumda rəqəmsal əsrdə medianın fəaliyyəti, dezinformasiya ilə mübarizənin yolları, bu istiqamətdə iki ölkənin media orqanları arasında əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.
Media Forumun açılışından sonra tədbir sessiyalarla davam etdiriləcək.
Tədbir çərçivəsində Azərbaycan KİV nümayəndələri Özbəkistanın media qurumlarına baş çəkəcək, onların fəaliyyəti, iş prinsipi ilə tanış olacaqlar.
11:51
504
10:51
651
15 Aprel 22:00
1 421