İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
6 Noyabr 2024 13:30
2 198
Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb.
APA xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə davam edən Sammitdə müxtəlif ölkələrdən təşrif buyurmuş nümayəndələrin çıxışları dinlənilib.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Sammit iştirakçılarına minnətdarlığını bildirib, arzu edib ki, qonaqlar öz ölkələrində müzakirələrin nəticələrini təbliğ etsinlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sammitin uğurla yekunlaşdığını diqqətə çatdırıb və qeyd edib ki, bu tədbirin təşkili Azərbaycan Respublikasının xarici siyasətinin uğurlu nümunələrindən biridir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov iqlim dəyişikliyi kimi həssas məsələyə dini müstəvidə yanaşmanın vacib olduğunu vurğulayıb. O bildirib ki, bu mənada, Dini Liderlərin Qlobal Sammitinin ekoloji məsələlərə həsr olunması əlamətdar hadisədir.
Yekun çıxışların ardınca COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu dinlənilib.
Eyni zamanda, Dünya Dini Liderlərinin Qlobal Sammiti iştirakçılarının COP29-a müraciəti və Bakı Bəyannaməsi qəbul edilib.
Sammitin sonunda təşkilatçı qurumların rəhbərləri media nümayəndələrinin suallarını cavablandırıblar.
16 Yanvar 18:35
1 820
16 Yanvar 17:57
1 778
16 Yanvar 17:31
1 750