“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
27 Dekabr 2024 00:28
2 520
Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və yaralananlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Əlcəzair Prezidentinin mətbuat xidməti bildirib.
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və nəticədə həlak olanların və yaralananların olması xəbərini dərin kədər və hüznlə qarşıladım.
Dost Azərbaycan xalqının üzləşdiyi bu faciə ilə əlaqədar Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə və həlak olanların ailələrinə səmimi başsağlığı verir, dərin hüznümü bildirir və yaralılara tezliklə şəfa diləyirəm”, - Təbbun qeyd edib.
Azərbaycan Prezidentinə “Əlcəzairin bu çətin məqamda ölkəsi ilə həmrəy olduğunu” bildirən Təbbun “Azərbaycan xalqının bu ağrılı sınaqdan çıxa biləcəyinə əmin olduğunu” ifadə edib.
30 Dekabr 16:21
1 491
30 Dekabr 16:19
1 470
30 Dekabr 14:53
1 589