Brexit prosesi sərt və ziddiyətli olacaq Siyasət

Brexit prosesi sərt və ziddiyətli olacaq

Orxan Amaşov: "Avropanın ən güclü iqtisadiyyatına malik olan Almaniya danışıqlarda həlledici rol oynayacaq"

Avropa Azərbaycan Cəmiyyətinin Diaspora departamentinin rəhbəri Orxan Amaşov Avropa Birliyindən çıxmaq haqqında qərar qəbul edən Böyük Britanıyanın Brexit-dən sonra Avropa Birliyi əlaqələrinin gələcəyini, Britaniyanın öz daxilində proseslərin hansı axarla cərəyan edəcəyi haqqında "Eurasia Diary"ə eksklyuziv açıqlama verib.
Son 9 ay ərzində Brexitlə bağlı qərarın təxirə salınması istiqamətində heç bir ciddi dəyişiklik olmayıb. Lakin 2016-cı ilin iyunundan indiyədək olan zaman kəsiyini əhatə edən dövrə nəzər salsaq səsvermələrin axarlı və qətiyyətli formada keçdiyini deməliyik. Hətta Brexit əleyhdarları da geriyə dönüşün mümkünsüzlüyünü çox yaxşı anlayır. Lakin təşkilatdan ayrılmanın şərtlərinə və yeni ticarət razılaşmasına ictimai kampaniyalar vasitəsilə təsir edilə bilər. Brexit olacaq, Böyük Britaniyanın baş naziri Tereza Meyin dediyi kimi "geriyə yol yoxdur".
Texniki tərəfdən Böyük Britaniyanın öz mövqeyini dəyişməsi üçün nəzəri olaraq imkanı var. Lakin reallıqda geriyə dönüş ehtimalı yoxdur. Mən daha çox Britaniyanın Brexit barədə fikrini dəyişməli olması və bunu etmək iqtidarında olması kimi effektiv ideyanı irəli sürən "Açıq Britaniya" (Toni Blerin dəstəklədiyi) kampaniyaların təsirlərinə tənqidi yanaşardım (rəsmi olaraq onlar Brexitin yox, ziyanlı Brexitin əleyhinədirlər). Mənim fikrimcə təşkilatda qalmaq istəyənlər hökumətə təzyiq göstərməklə eləcə də, " Mürəkkəb Brexit"in ağırlığını azaltmaqla ayrılmanın şərtlərinə təsir edə bilərlər və Avropa İttifaqının danışıqlarda sərt mövqeyini də nəzərə alsaq, Böyük Britaniya üçün "Mürəkkəb Brexit"in arzuolunmaz olduğunu və yalnız yaranmış vəziyyət onu bu mövqeni tutmağa vadar etdiyini düşünmək olar. Proses çox sərt və ziddiyətli olacaq. Avropanın ən güclü iqtisadiyyatına malik olan Almaniya danışıqlarda həlledici rol oynayacaq və Avropa İttifaqının danışıqlar prosesindəki mövqeyinə böyük təsir etmək imkanı olacaq. Burada həmçinin siyasi kontekst də mövcuddur. Avropa İttifaqı nöqteyi nəzərindən İttifaqdan çıxış asan məsələ deyil, əslində, bu çətin və üzücü prosesdir. Brexit Britaniya üçün həyatı daha da çətinləşdirdiyi və ya ən azından belə bir təəssürat yaratdığı üçün Avropa İttifaqı burada üstünlük qazanmış olur.
Merkelin sərt mövqeyi və son şərhləri böyük əhəmiyyət daşıyır. Tim Barrou 50-ci maddə ilə bağlı rəsmi məktubu Avropa Şurasının sədri Donald Tuska təqdim etdikdən bir neçə saat sonra Anjela Merkel çıxmaq üçün 50 mlrd funt sterlinqlik təşkilatdan ayrılma qanun lahiyəsi (bəzilərinə görə məbləğ 20-60 mlrd funt sterlinq arasındadır) ödənilmədən hər hansı yeni razılaşmanın olmayacağını bəyan etdi. Bu təşkilatdan çıxma və ticari danışıqların ayrı-ayrılıqda aparılacağını düşünən Britaniyanı narahat edir. Merkel düşünür ki, istənilən razılaşma yalnız qanun layihəsi müzakirə olunduqdan sonra əldə oluna bilər. Aİ və Britaniyanın bu barədə nə dərəcədə razılığa gələ biləcəklərini demək çətindir, lakin ziddiyətli məqamlar göz qabağındadır. Qeyd etmək lazımdır ki, Aİ-nin Brexit üzrə baş nümayəndəsi - danışıqlarda kifayət qədər sərt olan Mişel Barnye şübhəsiz ki, sadiq avropalıdır, ingilis fanatı deyil.
O, və Devid Devis - Britaniyanın Brexit üzrə naziri (Aİ-dən çıxma məsələləri üzrə dövlət katibi) bir-birlərini yaxşı tanıyırlar və bir -birlərindən bir çox məsələlərdə fərqlənirlər. Bundan sonra iki il davam edəcək danışıqlar prosesi olacaq ki, sonda da Britaniya ittifaqdan kənarda qalacaq. Lakin ticari müqaviləsinin olacağını əminliklə demək olmaz. Belə ki, iki illik danışıqlar prosesi razılaşma ilə və ya razılaşmasız sonlana bilər: müddətin artırılması da mümkündür. Belə bir fikir formalaşıb ki, "razılaşmasız" ssenari olduğu təqdirdə Aİ və Britaniya münasibətlərini yeni bir müqavilə razılaşdırılana və həyata keçirilənə kimi Ümumudünya Ticarət təşkilatı müəyyən edəcək.