Çexiya parlamenti uydurma “erməni soyqırımı”nı tanıyıb Siyasət

Çexiya parlamenti uydurma “erməni soyqırımı”nı tanıyıb

Çexiya parlamentinin deputatlar palatası uydurma "erməni soyqırımı"nı pisləyən qətnamə qəbul edib.
"News.am" –ın verdiyi məlumata görə, qətnamənin lehinə 104 deputat səs verib.
Sənəddə qondarma "erməni soyqırımı" insanlığa qarşı cinayət adlandırılır.
Qətnamə layihəsi Sosial-demokratlar partiyasından olan deputat Robin Beniş tərəfindən parlamentə təqdim olunub.
O bildirib ki, uydurma "soyqırımı"nın 102-ci ildönümündə bu qətnamənin qəbulu simvolik xarakter daşıyır.