Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
23 Yanvar 2025 21:19
3 143
Azərbaycanla sülh müqaviləsinin mətninin qalan maddələrinin razılaşdırılması uzun vaxt apara bilər.
Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Biz Azərbaycanla sülh müqaviləsinin mətni üzərində uzun müddət işləmişik. Hazırda 17 maddədən 15-i razılaşdırılıb. Qalan iki maddənin razılaşdırılması çox vaxt apara bilər. Lakin həll yolu hər iki tərəfdən lazımi siyasi iradənin nümayiş etdirilməsidir. Bu halda mətni çox qısa müddətdə razılaşdırmaq mümkün olacaq. Paşinyan artıq mətni razılaşdırmağa və mümkün qədər tez imzalamağa hazır olduğunu bildirib. Bundan əlavə, biz sərhədlərin açılmasını, yüklərin daşınması üçün dəmir yolu daşımalarının bərpasını istəyirik. Bu, təkcə Ermənistan və Azərbaycan üçün deyil, Şərqdən Qərbə uzanan bütün ölkələrə yeni imkanlar yaradacaq. Digər istiqamət isə Alma-Almatı bəyannaməsi əsasında başlayan və həyata keçirilən sərhədin delimitasiyasıdır. Bu, əsas nailiyyətdir”, – deyə Mirzoyan vurğulayıb.
27 Sentyabr 11:54
924
27 Sentyabr 11:53
847
27 Sentyabr 08:27
847