Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Problemin birdəfəlik həll edilməsinin vaxtıdır”

“Problemin birdəfəlik həll edilməsinin vaxtıdır” Siyasət

“Problemin birdəfəlik həll edilməsinin vaxtıdır”

Amerikalı həmsədr: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox rol oynamalıdır"


"Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının vaxtıdır".
Bu sözləri "Amerikanın Səsi"nə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
"İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır. Moskvada aprelin 28-də keçirilən görüş müsbətdir. Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Biz həmsədrlər olaraq çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq", - deyə o söyləyib.
Riçard Hoqland qeyd edib ki, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək: "Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətindən asılı olmayaraq mən inanıram ki, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək. Həmsədr ölkələr arasında illərlə qurulan sıx əlaqələr mənə bunu deməyə əsas verir. Moskva ilə Vaşinqton arasında münasibətlər bu problemin həllinə heç bir neqativ təsir göstərməyəcək. Moskva Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə istəmir. Bu, bütün regionda sabitliyi poza bilər və Rusiyanın maraqlarına ziddir".
Diplomatın sözlərinə görə, Rusiya ilə ABŞ-ın milli maraqlarında fərqliliklər və dünyada baş verən hadisələrə fərqli yanaşmaların mövcud olmasına baxmayaraq, hər iki ölkə Dağlıq Qarabağ kimi məsələlərdə birlikdə çalışıb, problemi birlikdə həll edə bilər.
Riçard Hoqland bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox rol oynamalıdır.
Diplomat ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynaması barədə fikirlərə qatıldığını söyləyib: "Hazırda biz ABŞ-ın yeni prezident administrasiyasının ilk mərhələsindəyik. Vaşinqton hələ də xarici siyasətlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir. Bir az səbr etmək lazımdır və gələcək aylarda hansı inkişafa nail ola biləcəyimizi görəcəyik. Sülh quruculuğu prosesində əsas məsələ hər iki tərəfin yüksək səviyyəli insanlarından asılıdır".
Riçard Hoqland qeyd edib ki, həmsədrlər atəşkəsə tam təminat verə bilməz: "Bu, birbaşa hər iki ölkənin liderləri tərəfindən edilməlidir. Onlar təşəbbüs göstərməli və deməlidirlər ki, artıq daha yaxşı yaşamağın, daha gözəl dünyanın vaxtıdır. Biz diqqətimizi hər iki tərəfin məmnun qalacağı təkliflərə cəmləşdirməliyik. Liderlər danışıqlar masasına əyləşməli və hər kəsin faydalana biləcəyi danışıqlar aparmalıdır. Bu kimi münaqişələrdə sən istədiklərini əldə etməyi yox, hər kəsin, hər xalqın faydalanacağı ortaq bir nəticəyə cəhd göstərməlisən və hər kəs bunun üçün çalışmalıdır".