Tbilisidə Hikmət Hacıyevə qarşı təxribat Siyasət

Tbilisidə Hikmət Hacıyevə qarşı təxribat

Gürcüstanın paytaxtı Tbilisidə "Cənubi Qafqazda medianın vəziyyəti" mövzusunda keçirilən konfransda ermənilər növbəti dəfə özlərini gülünc vəziyyətə salıblar. Bu barədə həmin konfransda iştirak edən tanınmış jurnalist Ayaz Nizamioğlu bildirib.
O, konfransda gülməli və istehza doğuracaq bir hadisənin şahidi olub: "Tədbirin mövzusu "Saxta və əsası olmayan" xəbərlərlə mübarizə idi. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev çıxış edərək erməni lobbisinin və hökümətinin dəstəklədiyi bəzi saytların Azərbaycan barəsində yalan və təxribat xarakterli saxta məlumatlar yaydığını bildirdi. Bu an erməni nümayəndə heyətinin üzvləri ona etiraz etdilər. Amma Hikmət Hacıyev sakit və təmkinlə onların cavabını verdi.
Ardınca isə daha gülməli bir hadisə baş verdi. Erməni saytlarından biri (www.aysor.am) isə iclas gedə-gedə burada iştirak edən erməni nümayəndə heyətinə necə deyərlər "ayı xidməti" göstərdi. Başqa sözlə badalaq vurdu. Götürüb saxta bir məlumat qoyurlar ki, guya Hikmət Hacıyev ermənilərin etirazından sonra çıxışını yarımçıq dayandırıb. Halbuki o, çıxış etməyə davam edirdi. İndi bu addım nəticəsində özlərini burada gülünc vəziyyətinə salıblar. Çünki iclas gedə-gedə bir erməni saytı saxta məlumat yaydı və özünü müzakirə mövzusuna çevirdi".