Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
12 Mart 2025 14:22
3 269
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Cənubi Qafqazla bağlı müzakirələr aparıb.
APA xəbər verir ki, o, bu barədə sosial media hesabında bildirib.
Maqdalena Qrono Ankaraya səfərini müsbət qiymətləndirib.
“Ankara səfərini müsbət yekunlaşdırdıq. Cənubi Qafqaz və regional mövzular, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Gürcüstandakı münaqişə ilə bağlı problemlər və Türkiyə-Ermənistanın normallaşması ilə bağlı açıq və konstruktiv mübadilələrə görə Türkiyədəki həmkarlarına minnətdaram”, - diplomat vurğulayıb.
O bildirib ki, səfər çərçivəsində həmçinin Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya və Aİ-yə fayda verə biləcək əlaqə və regional əməkdaşlıq imkanları müzakirə edilib: “Artan qlobal çağırışlar kontekstində regional sabitliyə, təhlükəsizliyə və davamlı sülhə doğru irəliləyiş üçün səyləri ikiqat artırmaq vacibdir”.
11:54
588
11:53
595
08:27
679