“İrəvanın silahlı təxribatları dayanmayıb” Siyasət

“İrəvanın silahlı təxribatları dayanmayıb”

Piter Teys: "Ermənilər Azərbaycan xalqına, Qafqazda sülh və təhlükəsizliyə zərər vurmaqda davam edir"


"ATƏT-in Minsk qrupunun çoxlu sayda diplomatlarının və nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsinə və qoşunların təmas xəttində monitorinq keçirilməsinə baxmayaraq İrəvanın silahlı təxribatları dayanmayıb. Ermənilər Azərbaycan xalqına, Qafqazda sülh və təhlükəsizliyə zərər vurmaqda davam edir".
Bu fikirləri ABŞ-dan olan siyasi ekspert Piter Teys bildirib. O qeyd edib ki, Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistan hakimiyyəti nümayəndələri arasında keçirilən görüşlər tərəflərin dialoq aparması və Dağlıq Qarabağ münaqişəsinin sona çatması üçün razılıq əldə edilməsi baxımından vacibdir. Lakin ATƏT bəzi məsələlərdə qərəzli mövqe tutub, zəiflik nümayiş etdirib.
Ekspert həmçinin ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin də iştirakı ilə keçiriləcək görüş barədə də danışıb. O qeyd edib ki, silahlı qüvvələrini işğal edilmiş ərazilərdən çıxarmaqdan boyun qaçıran Ermənistan üçün bu görüş ritorika və qanunsuz status-kvonu davam etdirmək üçün şans olacaq: "Mən bu görüş ərzində hər hansı pozitiv nəticə və ya real irəliləyiş olacağını düşünmürəm".