

“Azərbaycanla Ermənistan arasındakı sülhyaratma prosesində irəliləyiş müşahidə olunur”.
APA “Armenia-Today” portalına istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O söyləyib ki, sülh gündəliyi tam olaraq reallaşmasa da bu məsələ ilə bağlı nəticələr var.
A. Qriqoryan tərəflər arasında mütəmadi diplomatik təmasların olduğunu da açıqlayıb.