Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edib Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edib

Xarici işlər naziri Ceyhun Bayramov iyulun 22-də Gürcüstana rəsmi səfərə yola düşüb.

Bu barədə XİN məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.