

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Ukraynanın Rusiya hava limanlarına hücumu düşünürəm ki, bir neçə istiqamətdən xarakterizə olunur. Əsas məsələ odur ki, Rusiyanın hava limanlarında yerləşən hərbi təyyarələr, eyni zamanda, helikopterlər, PUA-lar Rusiya hava kosmik qüvvələrinin silah-sursatıdır və onların vurulması, müəyyən qədər sayının azalması Ukrayna üçün nisbi üstünlük yarada bilər. Rusiya öz hava hücum sistemlərini, texnikanı dərin arxa bölgəyə köçürə bilər. Bu da təbii ki, cəbhə bölgəsinə yaxın ərazilərdən uçuşları dayandıra bilir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.
Deputat qeyd edib ki, burada digər məsələ müharibənin müxtəlif psixoloji davamı kimi qeyd olunmalıdır: “Yəni Tatarıstanda da, Krasnodarda da, Moskvada da digər istiqamətlərdə də belə hücumlar ajiotaj yaradır və narahat olan əhali artıq Ukraynanın gücünün nədən ibarət olduğunu görməyə başlayır. Təbii ki, Ukrayna Rusiyanın hava limanlarını vurmaqla elə bir ciddi irəliləyiş əldə edə bilmir, simvolik bir irəliləyiş əldə edir”.
A.Nağıyevin bildirdiyinə görə, məlumdur ki, bu hücumda istifadə olunan silahlar heç də Ukraynanın öz istehsalı deyil: “Bu silahlar ABŞ-dən, Avropa Birliyindən Ukraynaya verilmiş silahlardır və bu, yardımın nədən ibarət olduğunu bir daha göstərir. Yəni əsas məram, məqsəd təbii ki, bunlardan ibarətdir. Bunu Ukrayna da, Rusiya da başa düşür ki, bu müharibədə hava kosmik silahları, yəni helikopterlər, təyyarələr, PUA-lar və digərləri ən ciddi amillərdir və onların sayı nə qədər azalsa, onlar nə qədər vurulsa, Rusiya ordusuna bir o qədər ziyan gətirə bilərlər. Artıq uzaqməsafəli raketlərdən də istifadə olunur və digər ərazilərdə olan hava limanlarını da vururlar. Əvvəllər vurulan hava limanında aviasiyanın ən ciddi təyyarələri vuruldu. Buna görə də düşünürəm ki, bu, seçilmiş taktikadır. Həm qərb bundan özü üçün müəyyən siyasi dividend götürür, eyni zamanda, psixoloji amillər yaranır”.
Röya İsrafilova