NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
Milli Məclisin komissiyası CNN-i iddialarını sübut edəcək faktları təqdim etməyə çağırıb
Azad edilmiş ərazilərdə 10 mindən artıq sakinin məşğulluğu təmin edilib
22 İyul 2025 12:31
3 843
Kraliça II Elizabetə məxsus geyimlər və zinət əşyaları Bukinqem Sarayında təşkil olunacaq böyük sərgidə nümayiş etdiriləcək.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Queen Elizabeth II: Her Life in Style” adlı sərgidə mərhum monarxın uşaqlıq dövründən taxtda olduğu onilliklərə qədər istifadə etdiyi təxminən 200 əşya yer alacaq. Onların arasında paltarlar, papaqlar, ayaqqabılar və zinət əşyaları da var.
Sərgi Kraliçanın doğumunun 100 illiyinə təsadüf edəcək və onun həyat yolunu əks etdirəcək. Geyimlər arasında ən diqqət çəkən nümunələrdən biri isə mərhum Kraliçanın 1947-ci ildə məşhur dizayner Norman Hartnell tərəfindən hazırlanmış gəlinliyidir.
Kraliçanın 2022-ci ildə 96 yaşında vəfat etməsindən sonra onun şəxsi geyim arxivi Kral Kolleksiyası Fondu tərəfindən qorunur. Məhz bu fond sərginin təşkilatçısıdır. Sərgidə nümayiş olunacaq ən qədim geyimlərdən biri, Kraliçanın səkkiz yaşında, 1934-cü ildə Kent hersoqu olan əmisinin toyunda geyindiyi gümüşü lameli və tül parçadan tikilmiş donudur.
Sərgi gələn ilin yazında Bukinqem Sarayının Kral Qalereyasında açılacaq.