Ceyhun Bayramov: Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadqurucu tədbirlər çox önəmlidir Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadqurucu tədbirlər çox önəmlidir

Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadqurucu tədbirlərin keçirilməsi olduqca önəmlidir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ümumilikdə post-münaqişə normallaşması barədə danışarkən biz hər birimiz başa düşürük ki, bu bir prosesdir. Bu, bir günə və ya qısa müddətə başa çatan bir yol deyil. Bu istiqamətdə, o cümlədən cəmiyyətlər arasında etimadqurucu tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, bu istiqamətdə görüşlərin keçirilməsi olduqca önəmlidir. Bu kontekstdə mən xanım nazirə və Gürcüstan tərəfində bir daha təşəkkürümü bildirmək istərdim ki, məhz Gürcüstan tərəfinin təşəbbüsü ilə 17 apreldə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində çox faydalı görüş keçirilib”, - nazir vurğulayıb.