
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Zəngəzur dəhlizinin açılmasından Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Ermənistan, həmçinin Gürcüstan iqtisadiyyatı da yeni imkanlar əldə etmiş olacaq. Ümumiyyətlə, bu dəhlizinin açılması təkcə Azərbaycan deyil, bütün region üçün yeni imkanlar yaradacaq. Çünki bu marşrut təkcə geosiyasi deyil, həm də geoiqtisadi əhəmiyyətə malikdir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizi türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq, həmçinin Orta Dəhliz üçün strateji stimul olacaq: “Türkiyə Prezident Ərdoğanın rəhbərliyi ilə bu məqsədə çatmaq istiqamətində qətiyyətli səylərini bu gündə davam etdirir. Zəngəzur dəhlizinin açılması üzrə atılan birgə addımlar həm Türkiyə, həm də bütün türk dünyası üçün tarixi prosesdir. Öz ərazisindən Azərbaycana heç bir kommunikasiyanı açmayacağını bəyan edən Ermənistan da artıq dəhlizin mümkün marşrutları, onların işləməsi üçün görüləcək işlərlə bağlı müzakirələrdə iştirak edir”.
M.Cəfərovun sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan üçün siyasi əhəmiyyəti böyükdür: “Bu, aydındır. 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq öz ərazilərinin mühüm bir qismini işğaldan azad edən Bakı həmin əraziləri indi daha uzaqgörən, regional və beynəlxalq layihələrin parçasına çevirməyə nail olub. Məhz bu amildə bölgədə uzunmüddətli sülhü təmin edəcək”.
Röya İsrafilova