Gəncədə 21 yaşlı gənc kəsici alətlə xəsarət alıb Hadisə

Gəncədə 21 yaşlı gənc kəsici alətlə xəsarət alıb

Gəncə şəhərində 21 yaşlı gənc kəsici alətlə xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

2004-cü il təvəllüdlü şəhər sakini A. Qəribov döş qəfəsindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
Zərərçəkənə dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.