

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Bu ilin əvvəlində Somali Prezidenti Azərbaycana səfər etmişdi, çox vacib sahələri əhatə edən anlaşma memorandumu imzalanmışdı.
APA xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan hökuməti somalili tələbələrin Azərbaycana gəlməsinə şərait yaradır: “Biz hazırda təbii resursların kəşfiyyatını həyata keçiririk. Bu tələbələr burada daha savadlanacaq ki, biz bu işi yaxşı həyata keçirə bilək. Eyni zamanda, müdafiə və təhlükəsizlik sahəsində geniş əməkdaşlığımız mövcuddur. Bu ilin əvvəlində bu əməkdaşlığı genişləndirmək üçün nümayəndə heyəti Azərbaycana gəlmişdi”.