Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir Mədəniyyət

Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir

Sentyabrın 20-21-də Cakarta şəhərində “İndoneziya və Müsəlman dünyası Film Festivalı 2025” keçiriləcək. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri, o cümlədən Azərbaycan Respublikası festivalda nümayiş olunacaq filmlərini təqdim etməklə, iştiraka dəvət edilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, festivala 2022-2025-ci illərdə istehsal olunmuş tammetrajlı və qısametrajlı bədii, sənədli, animasiya filmləri qəbul olunur.

Filmlərin metrajları 10-30 (qısametrajlı) və 70-120 (tammetrajlı) dəqiqə aralığında olmalıdır.

Festivalda “Bəşəriyyət və həmrəylik”, “Müsəlmanların gündəlik həyatı”, “Müsəlman qadınlar və gənclik”, “Yerli ənənələr və müsəlmanların mədəniyyəti”, “Mənəviyyat, əxlaq və həyat səyahəti”, “Tolerantlıq və birgəyaşayış” mövzularında olan filmlərə üstünlük verilir.

Zorakılıq, pornoqrafiya, nifrət və kafirlik aşılayan filmlərin festivalda iştirakına icazə verilmir.

Filmlərin festivala qəbulu avqustun 2-də başa çatır. Müraciət və daha ətraflı məlumat əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.