

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Azərbaycan Prezidentinin ABŞ səfəri, ümumiyyətlə, Vaşinqtonda əldə olunan razılaşmalar düşünürəm ki, Azərbaycanın xarici siyasət tarixinə qızıl hərflərlə daxil olan anlardır. Bu, Azərbaycan üçün 3 aspektdən böyük önəm daşıyır. Birincisi, Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifə açıldı. Münasibətlərin daha da inkişaf etdirilməsi, strateji səviyyəyə çatdırılması üçün zəmin yarandı. Bayden, Blinken dönəmində ABŞ-nin destruktiv siyasəti səbəbindən Azərbaycan-ABŞ münasibətlərində problem vardı”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib.
Politoloq əlavə edib ki, ikincisi, Azərbaycan və Ermənistan arasındakı birgə Bəyannamə iki ölkə arasında və ümumiyyətlə, Cənubi Qafqazda dayanıqlı sülh, sabitlik və inkişaf üçün zəmin yaratmış oldu: “Bu Bəyannamə həm də Ermənistanı qısa zamanda öz öhdəliklərini yerinə yetirməyə, Konstitusiya dəyişikliyi etməyə vadar edə bilər ki, nəticədə də Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansın. Eyni zamanda bu Bəyannamədə sülh sazişi mətninin paraflanması bir daha təsbit olundu. Bu da sülh yolunda önəmli addımdır. Nəhayət, üçüncü məsələ Zəngəzur dəhlizinin açılması məsələsidir ki, Azərbaycan 5 ildir ki, bu məsələdə öz mövqeyini irəli sürürdü və 2020-ci ildəki üçtərəfli Bəyanatda da bu əks olunmuşdu ki, Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunmalıdır. Nəhayət, biz gördük ki, Vaşinqton görüşündə imzalanan Bəyannamədə bu təsbit olundu və Ermənistan tərəfindən imzalandı. Bu yalnız Azərbaycanı Naxçıvana birləşdirmək baxımından əhəmiyyətli deyil, eyni zamanda, Türkiyə ilə Azərbaycan, Avropa ilə Mərkəzi Asiya və Çin arasında da alternativ marşrut yaranacaqdır ki, bu da bütün Avrasiya regionunun inkişafına töhfə verən bir amildir”.
Röya İsrafilova