11:06
882
Birinci Qarabağ müharibəsi dövründə ermənilər soydaşlarımıza qarşı soyqırım cinayətləri törədib”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbələr sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb.
Spikerr təklif edib ki, Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilsin.
Parlamentdə Xocalı qurbanlarının xatirəsi anılıb.