09:35
693
Serbiya hüquq-mühafizə orqanları prezident Aleksandar Vuçiçə qarşı sui-qəsd hazırlığında şübhəli bilinən iki nəfəri saxlayıb.
Bu barədə Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1975-ci il təvəllüdlü D.R. və 1983-cü il təvəllüdlü M.R. zorakılıq yolu ilə Serbiya Respublikasının konstitusiya quruluşunu dəyişmək və ali dövlət orqanlarını devirmək məqsədilə silah əldə etməkdə, eləcə də prezidentin, onun ailə üzvlərinin və DİN əməkdaşlarının həyatına sui-qəsd planlaşdırmaqda şübhəli bilinirlər.
Məlumata görə, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi Kralyevo şəhərində yerləşən Ali Prokurorluğa təqdim olunacaq.