“Süni intellekt televiziya işində dəstək rolundadır”
23 Fevral 22:50
23 Fevral 22:50
23 Fevral 22:33
23 Fevral 22:11
23 Fevral 21:49
23 Fevral 22:33
532
“Hazırkı şəraitdə Rusiya–Ukrayna danışıqları ilə bağlı optimist proqnozlara ehtiyatla yanaşmaq lazımdır”.
Bunu politoloq Şakir Ağayev Xalqcebhesi.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Witkoff müsahibəsində gələn üç həftə ərzində danışıqlarda irəliləyiş ehtimalını vurğulayıb və həm iki tərəfli, həm də üçtərəfli görüş imkanlarını qeyd edib: “Burada üçtərəfli görüşdən söhbət Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək zirvə görüşünü nəzərdə tutur. Hazırda bu görüşün baş tutması üçün ciddi əngəllər mövcuddur. Rusiya tərəfi Donbass ərazilərinin tam nəzarətini əldə etməkdə israrlıdır, Ukrayna isə bu şərtləri qəbul etmir. ABŞ tərəfi kompromis variantı olaraq həmin ərazilərin iqtisadi zona kimi istifadə olunmasını təklif etsə də, hələlik razılıq əldə olunmayıb. Danışıqlarda həll olunmuş kimi görünən 90-95% məsələlərin əsasını qalan 5% – yəni ərazi mübadiləsi təşkil edir. Zelenski bu şərtlərə getmək istəmir.Avropa tərəfi məsələnin onların iştirakı olmadan həllini istəmir, vaxt udmaq və Ukraynanın hərbi potensialını gücləndirmək istəyir. ABŞ isə hələlik ciddi sərt mövqeyini ortaya qoymayıb. “Bütün bunlar göstərir ki, hazırkı mərhələdə nə ikitərəfli, nə də üçtərəfli görüşün reallaşması real görünmür. Görüşün baş tutması üçün tərəflər arasında həqiqi razılaşma olmalı və ABŞ sərt mövqeyi ilə Ukraynaya bunu qəbul etdirməlidir. Əks halda, liderlərin görüşü yalnız formal xarakter daşıyacaq və nəticəsiz qalacaq”.
Politoloq yekun olaraq bildirib ki, üçtərəfli görüş yalnız müzakirələrin prinsiplərində razılıq əldə olunduqdan sonra mümkün olacaq və hələlik bu mərhələyə çatmaq çətindir.
Günel Elxan
23 Fevral 22:50
539
23 Fevral 22:11
623
23 Fevral 21:49
616