09:14
644
Faktiki olaraq prezident Pezeşkiyan tədricən proseslərdən uzaqlaşdırılır, təcrid edilir. İranın siyasi-dini liderinin fars Laricaniyə əsas səlahiyyətləri dövr etməsi rejimin daha etibarlı əldə müdafiə olunmasını hədəfləsə də əslində hakimiyyətdaxili parçalanmanı sürətləndirə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, qeyd edib ki, ölkəyə hərbi müdaxilə zamanı siyasi-dini lider həyatını qorumaq üçün "qeyb"ə çəkilə bilər ki, həmin "qeyb" dövründə də dövləti de-fakto Laricani idarə edəcək. Mövcud ideologiyaya görə bu mümkündür. Ola bilsin siyasi - dini lideri gizlədərək "şəhadətini" elan edib İraq, Livan, Yəmən kimi bölgələrdəki təəssübkeşlərinə psixoloji təsir göstərərək fədai qrupların yaradılmasına da cəhd olunacaq:
"Hazırda İraqın İran əsilli siyasi - dini liderlərindən olan Sistaninin cihad fətvası vermək barədə bəyanatı da məhz buna işarədir. Fətva anaonsu müsəlmanların həyatının və ya maraqlarının qorunması ilə bağlı yox, məhz rejimin, həmçinin liderin müdafiəsi naminədir.
Türk əsilli prezidentin səlahiyyətlərini məhdudlaşdırıb dövləti farsa dövr etmək əslində bir çox gizlədilən həqiqətləri ortaya çıxaracaq. Demək, artıq İran inanıb ki, müharibə qaçılmazdır. Əgər danışıqlarla həll məsələsinə ehtimal olsa idi Prezidentin bəzi səlahiyyətləri artırıla bilərdi".
Cavid
08:06
700
23 Fevral 22:50
1 050
23 Fevral 22:33
1 078