İrandan Rusiyaya kahı aparan yük maşınında 79 kq marixuana aşkarlanıb
Serbiyada Prezident Vuçiçə sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
FHN Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib - VİDEO
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
08:06
553
Hazırda iki ölkə arasında çox mürəkkəb böhranın yaşandığı görünməkdədir və bunun fonunda ABŞ, bölgəyə son onilliklərin ən böyük hərbi qüvvəsini toplamaqda israr göstərir. İki aviadaşıyıcı zərbə qrupu, yüzlərlə qırıcı təyyarələr, tankerlər və havadan dəstək avadanlıqları və digər hərbi texnikası ilə Yaxın Şərqin qəlbinə yerləşməkdə davam edir. Həmcinin paralel olaraq danışıqlar prosesinə də hazırlaşaraq, İrana şans verir.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Belə bir vəziyyətdə bu qədər çox hərbi texnikanın toplanması, əslində danışıqlar masasında İranı məğlub etməyə və istədiyini almağa hesablanmış addımdır desək yanılmarıq. Həmçinin bölgədə baş verən hadisələri nəzarətdə saxlamaq məqsədi var və Yaxın Şərqlə bağlı siyasi və hərbi baxımdan vəziyyəti dəyişmək kimi təşəbbüsə irəlidə şahidlik edə bilərik, demək olar. Yəni, ABŞ-ın Yaxın Şərqdə hərbi gücünü daha da artırması, bir tək İranla bağlamaq doğru deyil, bu hərəkətlilik həmçinin onun Yaxın Şərqlə bağlı siyasi strategiyasınının tərkib hissəsidir desək daha düzgün olardı" - politoloq deyib.
Onun fikrincə, əlbəttə ki bunun region üçün nə qədər faydalı və yaxud da riskli olduğunu demək çətindir. Amma, proseslər onu göstərir ki, hər iki ölkə yanlış adamlar atmağa meyillidir. Bu da öz növbəsində bölgə üçün çox təhlükəli konfiqurasiya yaradır:
"Ola bilər ABŞ bu baxımdan diplomatik kanalı tam olaraq bağlamaq istəmir və Cenevrədə növbəti raunda öz nümayəndələrini göndərir. Cenevrədəki görüş zamanı hansısa razılığa gəlinsə, gərginliyin azalmasına səbəb olacaq və bu səbəbdən İranın xarici işlər naziri görüşü "şans" olaraq gördüyünü və bəzi irəliləyişlərin olduğunu bildirib. Əyər danışıqlar uğursuz olarsa, yerini müharibə planlamasına verə bilər. Bu da onu göstərir ki, hərbi gücün artırılması diplomatiya üçün maksimum təzyiq mexanizmi kimi istifadə olunması ilə paralel, həmçinin tətbiqi də istisna edilmir. Bu baxımdan hər iki tərəf danışıqlar prosesinə üstünlük verdiyini bəyan edir və müharibənin qarşısını almaq üçün səy göstərirlər. Bu arada İran da hərbi təlimlər keçirib və hər hansı bir hücum planına cavab verəcəyini bildirib. Belə bir vəziyyətdə hər iki ölkə danışıqlara gedir, amma, hərbi hazırlıq yüksək səviyyədə olmaq şərtilə".
Cavid
09:14
329
23 Fevral 22:50
987
23 Fevral 22:33
1 022